Bakının Nərimanov rayonunda soyğunçuluq olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki parkların birində naməlum şəxs Saatlı rayon sakini T.Süleymanovun mobil telefonunu soyğunçuluq yolu ilə alıb.
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Əliyev saxlanılıb.