Bakıda 8 Mart günü qanunsuz aksiya keçirən fəallardan biri - 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə özünü 3-cü mərtəbədən atıb.
Teleqraf.com xəbər verir ki, o, aksiya zamanı əlində tutduğu şüara görə sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Bundan sonra Aysel Ələkbərzadə sosial şəbəkə hesabında intihar edəcəyinə dair status yazıb.
İntihara cəhddən sonra Aysel Ələkbərzadə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
O, Feysbuk statusunda Nurlan, Əsli və Qurban adlı şəxslərin özünü intihar həddinə çatdırmasında günahkar bilib: "Mənim üstümdə oyun oynadılar. Bir azdan intihar edirəm, rahat olun, nə siz, nə də sizinkimilər mənə lazım deyil, kimlərəsə inandınız, daha doğrusu, məndən başqa hamıya. Mən də bayaq son dəfə sevgilimi qucaqlayıb, yola saldım, son badə içki və intihar, necə gözəl səslənir. Mən isə son dəfə deyirəm, məhv olsun patriarxat, yaşasın feminizm! Salamat qalın".