Paytaxt polisi tərəfindən cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslərin müəyyən olunaraq tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi, Metropolitendə polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də metronun "28 May" metrostansiyasında A.Əhmədovanın içərisində 80 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 55 yaşlı A.Niyazov tutulub.
Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir, onun digər analoji əməllərdə iştirakı istisna olunmur.