Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Babayevanın içərisində 630 manat pulu, mobil telefonu, şəxsiyyət vəsiqəsi və təqaüd kartı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş E.Qədirov və Xocalı rayon sakini T.Paşayev saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.