Bakının Qaradağ rayonunda oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 7-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 700 ABŞ dolları, habelə məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri V.İsmayılov və M.Babayev saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.