Gəncədə telefon satışı mağazası yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 m² telefon satışı mağazasında əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd televizor əriyib. Mağaza yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.