Daxili İşlər Nazirliyi bir neçə rayuonda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, martın 14-də saat 7 radələrində Qax şəhəri ərazisində Baydarlı kənd sakini X.Bayramov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən şəhər sakini Arif Abdullayevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Həmin gün saat 20 radələrində Qax rayonunun Qax İngiloy kənd sakini A.Paplaşvili idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Əmbərçay kənd sakini Fikrət Əhmədovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Daha bir yol qəzası Salyanda baş verib.
Rayonun Arbatan kənd sakini Asim Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Oqtay Hüseynovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.