18 Mart 2020 13:40
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda MTK-lardan birinin gözətçi otağına basqın edilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə martın 17-də rayon ərazisindəki MTK-ların birinin gözətçi otağına gəlmiş bir nəfərin gözətçi, Abşeron rayon sakini T.Fərəcovu bıçaqla hədələyərək 100 manatını alması barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Axundov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər