Kürdəmir rayonunda 60 yaşlı kişi dəm qazından zəhərlənib.
Hadisə rayonun Pirli kəndində qeydə alınıb.
Belə ki, 1950-ci il təvəllüdlü kənd sakini Əhmədov Xəlil Əlhöküm oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
Xəstə dərhal yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin necə baş verməsi ilə əlaqədar araşdırma aparılır.