Daxili İşlər Nazirliyi Kürdəmir və Quba rayonlarında baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, martın 21-də saat 14 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində şəhər sakini E.Rzayevin idarə etdiyi “VAZ-2106” və Davidoba kənd sakini Mahir Babayevin idarə etdiyi “Naz Lifan” markalı avtomobillər toqquşub.
Nəticədə hər 2 sürücü və 1 sərnişin xəstəxanaya yerləşdirilib.
M.Babayev orada ölüb.
Bundan başqa, martın 22-də saat 19 radələrində Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Mürtülü kənd sakini S.Omarov idarə etdiyi “QAZ-53” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Tahir Şıxıyevi vurub.
Piyada hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.