“Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Milli Şuradan istefa verməyib”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında partiyanın Ali Məclisinin sədri Bəybala Əbil deyib.
Onun sözlərinə görə, KXCP-dən 10 nəfərə yaxın şəxs fərdi qaydada qurumun üzvdür: “Kiminsə, istefa verib-verməməsi onun öz seçimidir. Bildiyimə görə, Xəzər Teyyubludan başqa heç kəs Milli Şuradan istefa verməyib”.
B.Əbil qeyd etdi ki, hələ ki gündəliyə KXCP-nin Milli Şuradakı fəaliyyətinin perspektivi barədə məsələ daxil edilməyib: “Hər hansı bir qurumdan çıxmaq və ya başqa birliyə daxil olmaq kimi məsələlər partiyada müzakirə edilmir. Ali Məclisin qərarlarına görə partiyalarla və yaranan birliklərlə normal münasibətlər qururuq, birliklərdə təmsil olunuruq, partiyalarla bərabər məsafədə dayanmışıq. Millin Şurada, Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzidə, Demokratik Qüvvələrin Birliyində fəaliyyət göstəririk”.
Qeyd edək ki, M.Mirəlioğlu Milli Şura ilə bağlı verilən suallara cavab verməkdən imtina edir. ADP sədri Sərdar Cəlaloğlu isə KXCP sədri Mirmahmud Mirəlioğlunun da artıq Milli Şuranın üzvü olmadığını söyləmişdi.
Nərgiz