Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin Ukraynanın milli agentliyi olan “Ukrinform”da “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində rolunu gücləndirir” başlıqlı məqaləsi dərc olunub.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məqalədə 1994-cü ilin sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” və həmin dövrdə Azərbaycan xalqının üzləşdiyi problemlər, milli lider Heydər Əliyevin bu istiqamətdə gördüyü işlər, həmçinin ölkəmizin təşəbbüsü ilə reallaşdırılmış irimiqyaslı layihələr haqqında ukraynalı oxuculara məlumat verilib.
“Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə bu ilin sentyabrın 20-də “Trans-Anadolu qaz kəməri” (TANAP) layihəsinin təməlqoyma mərasiminin keçirildiyini bildirən səfir E.Mədətli TANAP-ın enerji marşrutlarının diverfikasiyasına önəm verən Avropanın enerji təhlükəsizliyinin təminində, eyni zamanda, region dövlətlərinin iqtisadiyyatlarının inkişafında oynayacağı rol haqqında məlumat verib.
Səxavət