30 Mart 2020 12:15
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkədə paytaxtda gənc oğlanın yoxa çıxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, idarənin yaydığı açıqlamaya görə, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə yayılan məlumata görə, gənc oğlanın avtomobili "Odlar Yurdu" Universiteti yaxınlığında vurulub, daha sonra o, zorla digər maşınla aparılıb.


Müəllif: Hacı Zeynalov