Ağcabədi rayonunda hədə-qorxu yolu ilə pul tələb etmə cinayəti baş verib.
Teleqraf.com xəbər verir ki, martın 30-da Ağcabədi rayon polis şöbəsinə müraciət edən rayon sakini T.Məmmədov həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradovun ona hədə-qorxu gəlib və 2000 manat pul tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Muradov həmin gün Hindarx qəsəbəsi ərazisində hədə-qorxu ilə tələb etdiyi 2000 manatdan 300 manatı alarkən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.