4 Aprel 10:05
399

Bakıda yol qəzası tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə bu gün səhər Babək və Qara Qarayev prospektlərinin kəsişməsində qeydə alınıb.

Həmin ərazidəki körpünün üzərində zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən də hazırda qeyd edilən hissədə nisbətən sıxlıq müşahidə olunur.


Müəllif: Teleqraf.com