7 Aprel 2020 11:16
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda COVID-19 koronavirus infeksiyasına yoluxma hallarının sayı 472-yə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Saat 10:00-a olan məlumata görə, Özbəkistanda koronavirus infeksiyasına yoluxma hallarının sayı 472-dir”, – deyə nazirlik bildirib.

Bundan əvvəl ölkədə COVID-19 infeksiyasına 457 yoluxma halı aşkarlanmışdı.

Hazırda bu ölkədə 100 mindən çox insan karantindədir.

Aprelin 6-dan etibarən Özbəkistanda bütün vətəndaşlar üçün məcburi özünü təcridetmə rejimi tətbiq olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər