7 Aprel 2020 15:58
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, aprelin 6-da saat 7 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əlihüseyn Vəliyev idarə etdiyi “VAZ-21144” markalı avtomobili yolun kənarındakı yerüstü piyada keçidinin beton dirəyinə vurub.

Nəticədə sürücü və sərnişinlərindən paytaxt sakini Əli Abasquluzadə hadisə yerində ölüb, xəsarət almış digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov