8 Aprel 2020 15:25
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Tovuz rayon polis şöbəsi və rayon mühafizə şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Axundovanın içərisində 550 manat dəyərində qızıl sırğa, şəxsiyyət vəsiqəsi və 2 ədəd mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.Ələkbərov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.


Müəllif: Hacı Zeynalov