10 Aprel 2020 10:34
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsində Səyyad Həzrətquliyev idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olarkən Bakı şəhər sakini Ramin Cəfərovun sürdüyü “Changan” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Ramin Cəfərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha bir yol qəzası Xətai rayonunda baş verib. Əhəd Rüstəmov və həyat yoldaşı, 1964-cü il təvəllüdlü Tamara Rüstəmova yolu keçərkən onları motosiklet vurub.

Hadisə nəticəsində piyadalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Əhəd Rüstəmova sağ təpə nahiyəsinin dərialtı qansızması, Tamara Rüstəmovaya isə ənsə nahiyəsinin əziyi diaqnozları qoyulub. Onlar aidiyyəti üzrə həkim nəzarətinə götürülüblər.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov