10 Aprel 10:57
642

Bakı sakini dezinfeksiyaedici məhluldan zəhərlənib.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Dmitriy Anatolyeviç Paxlov yaşadığı evdə etil spirti içib. Spirtdən zəhərlənən D.Paxlovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com