10 Aprel 2020 14:02
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini R.Səfərovun idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini H.Hüseynovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub, zərbədən H.Hüseynov idarəetməni itirərək yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Elman Abdulovu vurub.

Nəticədə E.Abdulov və R.Səfərov xəstəxanaya yerləşdiriliblər, velosipedçi orada ölüb.

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov