12 Aprel 2020 01:11
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda işgəncə faktı aşkar edilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Nəzərov Əliqismət Yusif oğlunun köməksiz vəziyyətdə olan bir nəfərə qarşı işgəncə verməsi barədə Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən ünvana keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Polis Əliqismət Nəzərovu həbs edib.

Əliqismət Nəzərovun barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər