Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki hotellərin birindən 2000 manat dəyərində 2 ədəd samovar oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini A.Qasımlı və Bakı şəhər sakini E.Nuruyev saxlanılıblar.