Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 200 ABŞ dolları və mobil telefon oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov saxlanılıb.
İstintaq araşdırması zamanı onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.