12 Aprel 2020 01:38
1 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin TVNET kanalında yayımlanan "Nerede Kalmıştık" proqramının aparıcısı Erem Şəntürk canlı yayımda koronovirusla bağlı durum haqqında danışarkən, onu elektrik cərəyanı vurub.

Teleqraf.com xəbər verir ki, rəqəmsal ekrana toxunduğu anda "Allah" deyə qışqıran Erem Şəntürk proqrama davam edib. Az sonra isə onun ayağı burxulub. Yıxılmaqdan son anda xilas olan Erem Şəntürk "Öncə elektirk vurdu, indi də yıxılıb baş-gözümü yaracaqdım" deyib.

Daha sonra Şəntürk durumu ilə bağlı açıqlama verib və hər şeyin qaydasında olduğunu deyib.


Müəllif: Nahid

Oxşar xəbərlər