15 Aprel 2020 09:35
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda facili hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Gəncə Prospekti ev 34, mənzil 4 ünvanında yaşayan Qax rayon sakinləri 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.

Mustafazadə bacılarının həmin evdə kirayə yaşadıqları bildirilir.

Onlar paytaxtda fəaliyyət göstərən "Food İNİ" reklam şirkətində çalışıblar.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər