İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Yuxarı Qaralar kəndində 1998-ci il təvəllüdlü Əli Ələkbərli yeznəsi, 1990-cı il təvəllüdlü Cavid Məmmədovu bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.
Məlumata görə, Əli Ələkbərli yeznəsii bacısını döydüyü üçün bıçaqlayıb. İstintaqa ifadə verən ƏliƏləkbərli deyib ki, Cavid Məmmədov onun bacısını tez-tez döyüb, işgəncə verib.
O, əməlindən peşman olduğunu söyləyib.
İstintaq orqanı tərəfindən Əli Ələkbərlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İstintaq davam edir.