20 Aprel 2020 12:12
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, rayonun Namazgah kəndi ərazisində kənd sakini Q.Mürsəlovun ov tüfəngindən açdığı atəşlə həmkəndlisi F.Mirzəzadəyə məxsus “LADA-21214” markalı avtomobilə qismən ziyan vurması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən xuliqanlığı törətməkdə şübhəli bilinən Q.Mürsəlov saxlanılıb və ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər