Bakıda qadın spirtdən zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Yasamal rayonunda yaşayan 1964-cü il təvəllüdlü İvleva Yelena Vladimirovna evdə metil spirti (tibbi spirt) içərək zəhərlənib.
Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.