21 Aprel 2020 12:28
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metronun “20 Yanvar” stansiyasın yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Rüfət Yunusova qarşı quldurluq edilib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs sürücünü kəsici alətlə hədələyərək zərərçəkənin 100 manatını ələ keçirib.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşları tərəfindən isti izlərlə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Qurban Rzayev saxlanılaraq istintaqa təqdim edilib.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə paytaxt sakini Telman Mirbabayevin cibindən içərisində 305 manat olan pul kisəsini oğurlayan Sabunçu rayon sakini İbrahim Əliyev saxlanılıb.

Qeyd olunan hər iki faktla bağlı saxlanılan şəxslər barəsində 19-cu polis şöbəsində toplanan materiallar Nəsimi rayon Polis İdarəsinə göndərilib.

Q.Rzayev və İ.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq olaraq quldurluq və oğurluq maddələri cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər