Fəxrəddin Bağırov: “Mən onu şəxsiyyət saymıram”
“O kimdir ki, dediklərinə də açıqlama verim”.
Bu fikirləri Teleqraf.com-a Müsavat Partiyasının funksioneri Fəxrəddin Bağırov Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin Facebook səhifəsində onun haqqında səsləndirdiyi fikirlərə münasibət açıqlayarkən deyib:
“Siz onu şəxsiyyət, partiya sədri, adam sayırsınız, bilmirəm. Amma mən şəxsən onu heç nə saymıram. Ona görə də açıqlamam yoxdur. Onun bildirdiyi fikirlər səviyyəsiz adamın açıqlamasıdır”.
F.Bağırovun sözlərinə görə, birinci araşdırmaq lazımdır ki, o kimdir: “Mən onu şəxsiyyət saymıram. Boş-boş danışır”.
AZAD