Bakının Xətai rayonunda oğurluq avtomobillə qəza törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə aprelin 20-də saat 21radələrində baş verib.
Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus “Kia” markalı avtomobili qaçırıb və paytaxt sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilə vurub.
E.Abdullayev xəstəxanaya yerləşdirilib.
Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.