23 Aprel 2020 13:31
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ölümlə nəticələnən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, aprelin 22-də saat 7 radələrində paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində Bakı şəhər sakinləri Orxan İbrahimovun idarə etdiyi “VAZ-2106” və E.Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə O.İbrahimov və sərnişinlərindən Məzahir Əhmədov hadisə yerində ölüb, digər sərnişinləri, habelə E.Məmmədov xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, aprelin 22-də saat 13 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qəsəbə sakinləri Z.Qasımzadənin idarə etdiyi “KİA”, Ü.Əşrəfovun idarə etdiyi “Mercedes” və Qodman kənd sakini Kənan Hətəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə K.Hətəmov və sərnişini Ağan Alışov hadisə yerində ölüb, digər sərnişinləri isə xəstəxanaya yerləşdirilib.

Oxşar hadisə Ucarda da baş verib.

Aprelin 22-də saat 8 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində şəhər sakini A.Allahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə eyni istiqamətdə velosipedlə hərəkətdə olan kənd sakini İkram Quliyevi vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Quliyev orada ölüb.

Xaçmaz rayonunda da baş verən qəza ölümlə nəticələnib.

Aprelin 22-də saat 23 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini F.Ağarzayev idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən Quba rayon sakini Ədalər Süleymanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər