Lənkəran sakini bədbəxt hadisə nəticəsində boğularaq ölüb.
Teleqraf.com xəbər verir ki, 1959-cu il təvəllüdlü Lənkəran şəhər sakini Mirzadə Mirhəsən qızı Əsgərova su quyusuna yıxılaraq ölüb.
Bədbəxt hadisədən onun bacısı xəbər tutub. M.Əsgərovanın evdə olmadığını görən qadın onu axtarıb. O, bacısına məxsus ayaqqabının bir tayını həyətdəki quyunun kənarında tapıb. Bundan sonra quyuda M.Əsgərovanın meyiti aşkarlanıb.
Onun yıxılaraq xəsarət aldığı və suda boğulduğu bildirilir. M.Əsgərovanın meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, M.Əskərova Lənkəranda 40 ildən çox bədən tərbiyəsi müəlliməsi işləyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.