Gəncə şəhərində narkotiklə tutulan şəxsin başqa cinayəti üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, narkotik vasitə ilə tutulmuş R.Məmmədovla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılıb.
Onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İsgəndərli ilə birgə aprelin 23-də həmyerlisi T.Hüseynova zor tətbiq edib, 50 manat pul tələb etmələri, pulunun olmadığını bildirdikdə onun mobil telefonunu almaları müəyyən edilib.
Əməliyyat tədbirləri ilə Ə.İsgəndərli də polis əməkdaşları tərəfindən saxlanılıb.