Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarəyə daxil olmuş müraciət əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində cari ilin fevral ayında İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 990 manat pul almaqda şübhəli bilinən Sabirabad rayon sakini Orxan Eyvazov saxlanılıb.
Onun atası Aazad Eyvazovla birgə bu il yanvar ayında Kürdəmir rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyib 6000 manat almaları da müəyyən edilib.
Aazad Eyvazov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.