Aprelin 26-da yerli vaxtla saat 00:24-də Əli-Bayramlı stansiyasından 31 km şimalda Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Teleqraf.com-a verilən məlumata görə, zəlzələ 3,8 maqnituda gücündə baş verib.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, aprelin 25-də yerli vaxtla saat 18:24-də Əli-Bayramlı stansiyasından 29 km cənubda Hacıqabul ərazisində zəlzələ baş vermişdi.