İmişli rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisindəki evlərin birindən 2700 manat pul və 700 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Tağıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.