Bakının Binəqədi rayonunda qadına qarşı soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs paytaxt sakini G.Musayevanın içərisində 80 manat və mobil telefon olan çantasını əlindən alaraq qaçıb.
Zərərçəkmiş hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən R.Şükürov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.