1 May 2020 02:00
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporpress.az-ın əldə etdiyi məlumata görə ABŞ-ın Şimali Karolina ştatında avtomobilində ölü tapılan gəncin nəşi Azərbaycana gətiriləcək.

Hüseynov Samir Ayaz oğlunun cənazəsi artıq Nyu-York şəhərinə gətirilib.Mərhumun nəşi oradan Azərbaycana göndəriləcək.

Qeyd edək ki, S.Hüseynov Şimali Karolina ştatında daxili yükdaşımalarla məşğul olub.

O, avtomobilin arxa kabinasında yatan zaman havalandırma sistemində nasazlıq baş verib. Nəticədə, avtomobildən çıxan işlənmiş qaz kabinaya sızıb və gənc vəfat edib.

O, Azərbaycan vətəndaşı olub və "Green Card” vasitəsilə Şimali Karolina ştatına köçüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər