Gürcüstan vətəndaşı Bakıda qəfil dünyasını dəyişib.
Hadisə paytaxtın Sabunçu rayonunda baş verib. 1952-ci il təvəllüdlü, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, nömrəsiz evdə yaşayan Mamedov Abas Məhərrəm oğlu yaşadığı evdə qəfil dünyasını dəyişib.
İlkin ehtimala görə, A.Mamedov ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırma aparılır./Trend/