4 May 2020 00:14
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-ü yerli vaxtla saat 00:03-də Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə bildiriblər ki, yeraltı təkanların maqnitudası 4,3 bal olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

***

Azərbaycanın Qərb bölgəsində zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar Gəncə, Daşkəsən, Qazax rayonlarında hiss edilib.

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər