5 May 2020 12:05
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 4-də Şəmkir rayonunun Dəllər Cırdaxan kəndi ərazisində kənd sakini F.Muradovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Asif Muradovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Muradov saxlanılıb, ondan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb.

A.Muradov isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər