Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, “OBA market” mağazalar şəbəkəsinə məxsus rayonun Biləcəri qəsəbəsində yerləşən marketdən ərzaq məhsulları oğurlanıb.
Marketi işlədən şəxs hadisə ilə bağlı Binqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Hüseynova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.