9 May 2020 10:30
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində baş verib.

Şamaxırayon sakini, 2003-cü il təvəllüdlü Fəqan Zeynalov babası Mürvət Zeynalova məxsus "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sərnişin, 2003-cü il təvəllüdlü Bəxtiyar Muxtarov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin - Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Cəmil Salahov xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Ölən və yaralanan şəxslər 11-ci sinif şagirdləridir.

Faktla bağlı Şamaxı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər