Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 3600 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini R.Kazımov saxlanılıb.
Onun əvvəllər məhkum olunduğu da məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.