2 May 2014 12:23
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı Rusiyada sovet pasportlarının SSRİ vətəndaşlarına verilməsi bağlı danışıb:

“Bizdə ikili vətəndaşlıq yoxdur. Təklif edirəm ki, Rusiya pasportu almağa müraciət edən şəxs Azərbaycan vətəndaşlığından çıxarılsın. Bu vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlıdır”.

YAP-çı deputat Siyavuş Novruzov isə təklif edib ki, Azərbaycan XİN-i məlumat yaymalı və qeyd olunmalıdır ki, xarici dövlətin vətəndaşlığını qəbul etdiyi təqdirdə Azərbaycan vətəndaşlığına xitam veriləcək:

“Bu məlumatı insanlara xəbərdarlıq etmək üçün yaymaq lazımdır. Çünki vətəndaşlarımızın çoxu bundan məlumatsızdır. Azərbaycan vətəndaşları müstəqilliyin, dövlətçiliyin və Prezidentin ətrafında bir olmalıdır. Biz görürük ki, ermənilərə işləyən və Azərbaycanda fəaliyyət göstərənlər var. Həmin insanların informasiyası əsasında dövlətlər Azərbaycan əleyhinə bəyanatlar yayırlar. Biz bu məsələdə ciddi olmalıyıq. Artıq bəlli oldu ki, bu bəyanatların mənbəsi ermənilərdir. Biz heç nədən çəkinməməliyik. Burada Azərbaycan vətəndaşlarının təhlükəsizliyindən söhbət gedir. Bunu edən cəzasını almalıdır”.

Spiker Oqtay Əsədov da Fazil Mustafanın təklifini dəstəkləyib və deyib ki, Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun yoxdur.

Nemət


Müəllif: