Rusiyanın Novorossiysk şəhərinin vitse-meri Yekaterina Demçenko karantin qaydalarını kobud şəkildə pozduğuna görə işindən kənarlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhər meri İqor Dyaçenko İnstaqram səhifəsində məlumat yayıb.
O bildirib ki, Y.Demçenko 1 may – Əmək gününü qeyd etmək üçün yaxınları ilə şəhər kənarına yollanıb və təbiət qoynunda kabab çəkərək videogörüntülərini sosial şəbəkədə paylaşıb.
Dyaçenko köməkçisinin hərəkətini və insidentlə bağlı məlumatların şərh edilməsini yersiz sayıb:
“Qərar əsaslı və birmənalıdır”.