12 May 2020 10:41
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ş.Əzizbəyov küçəsi, ev 34-də Elnur Quliyev evlərində usta işləyən Kamil Sədrəddinbəyov ilə mübahisə edib.

Mübahisə zamanı Elnur Quliyev Kamil Sədrəddinbəyovu bıçaqlayıb. O, hadisədən sonra özünü də bıçaqlayaraq öldürmək istəyib.

Bu zaman bıçağı onun əlindən almaq istəyən anası Minəxanım Quliyevaya xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara vaxtında göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatlarını xilas etmək mümkün olub.

Hadisəni törətməkdə şübhəli bilinən Elnur Quliyev həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər