13 May 2020 09:36
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini Ş.Cəfərovun pul kartından bankomatdan 4 500 manat çıxarıb.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli müəyyən edilob.

O, həbs edilərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər